"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kon...
21:29 29.04.2025
0
0
0
NAXÇIVAN :
30 Aprel 2025, Çərşənbə
"Konstitusiya və Suverenlik İli" çərçivəsində 11 aprel 2025-ci il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətində “Konstitusiya demokratik cəmiyyətin hüquqi əsasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Ombudsman aparatının əməkdaşları, Kəngərli Rayon İcra Hakimiyyətinin və rayon üzrə dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rəşad Həsənzadə və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə şöbəsinin müdiri Vahidə Bayramova Konstitusiyanın cəmiyyətdəki rolu, insan hüquqlarının qorunmasındakı əhəmiyyəti barədə geniş məlumat verib.
Daha sonra Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Nuranə Kərimova və Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər Səfərov çıxışları zamanı qeyd ediblər ki, Konstitusiya ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin əsasını təşkil edir. Hər bir vətəndaşın hüquq və azadlıqlarını qoruyan bu ali sənəd, insan ləyaqətinin təminatçısı və ədalətin dayağıdır. Hüquqların tanınması və qorunması Konstitusiyamızın əsas prioritetidir.
Sonda “Dövlətin əsasları” adlı videoçarxın nümayişi olub.
Digər xəbərlər