Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində təşkil olunan komandalararası Avropa çempionatında növbəti görüşünü keçirib.
"Şərq qapısı" xəbər verir ki, yığma VIII turda Ukrayna seçməsi ilə qarşılaşıb. Millimiz rəqibinə 2,5:1,5 hesabı ilə qalib gələrək xallarını 13-ə çatdırıb və liderliyə yüksəlib. Yığmanın heyətində yeganə qələbəni Şəhriyar Məmmədyarov qazanıb. Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli isə öz görüşlərini heç-heçə ilə başa vurublar.
Komandamız son turda qələbə qazansa, digər görüşlərin nəticələrindən asılı olmayaraq, dördüncü dəfə Avropa çempionu olacaq.
Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan yığması isə hazırda Rumıniya ilə qarşılaşır.
Digər xəbərlər