NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Kəngərli rayonunda mülki müdafiə üzrə tədris-metodiki toplanış keçirilib

...

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəngərli rayonunun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin komandir-rəis heyəti ilə tədris-metodiki toplanış keçirilib.

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəşad Həsənzadə 
açılış nitqi ilə çıxış edərək ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb və qeyd edib ki, bu cür toplanışlar mülki müdafiə sahəsində bilik və bacarıqların artırılması, fövqəladə vəziyyətlərdə düzgün davranış qaydalarının aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Şərif Əsədov, Azadə Cəfərova və Afaq Alməmmədova çıxış ediblər. Onlar mülki müdafiə sisteminin təşkili, fövqəladə halların növləri, xəbərdarlıq və təxliyə planlarının hazırlanması, əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat veriblər.

Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.

Nəşr edilib : 15.10.2025 17:36