NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

İkinci Dünya müharibəsində talan edilmiş incəsənət əsərlərinin qaytarılması üçün komissiya yaradılıb

...

Belçikanın Flamandiya regionu İkinci Dünya müharibəsi dövründə nasistlər tərəfindən talan edilmiş incəsənət əsərlərinin qaytarılması ilə məşğul olacaq daimi komissiyanın yaradılmasını elan edib. Yeni qurumun əsas vəzifəsi mülkiyyət hüquqları ilə bağlı iddiaları araşdırmaq və hökumətə müvafiq tövsiyələr vermək olacaq.

"Şərq qapısı" verdiyi məlumata görə, mədəniyyət naziri Karolin Gennez bildirib ki, nasistlərin yəhudi ailələrinə qarşı həyata keçirdiyi sistemli talan Holokostun mühüm hissəsi olub və oğurlanmış və ya məcburi satılmış əsərlər qanuni sahiblərinə qaytarılmalıdır.

Komissiya hələ rəsmi olaraq fəaliyyətə başlamasa da, onun ilkin mərhələdə mövcud iddiaları nəzərdən keçirəcəyi gözlənilir. Hazırda Flamandiya hakimiyyət orqanlarında bir neçə əsərlə bağlı müraciətlər mövcuddur.

Yeni mexanizm əvvəlki müvəqqəti tədqiqat təşəbbüslərinin məntiqi davamı kimi dəyərləndirilir və regionda tarixi ədalətsizliklərin aradan qaldırılmasına yönəlmiş mühüm addım kimi təqdim olunur.

Nəşr edilib : 05.05.2026 11:43