NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ərdoğan sabah Qəzza sammiti üçün Misirə gedəcək

...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Misirə səfər edəcək.

"Şərq qapısı"nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərinə görə, Türkiyə Prezidenti Şərm əş-Şeyxdə Qəzza ilə əlaqədar keçiriləcək sammitdə iştirak edəcək.

Qeyd edək ki, oktyabrın 13-də Şərm əş-Şeyxdə Qəzza ilə əlaqədar sammit keçiriləcək. ABŞ Prezidenti Donald Trampın qatılacağı sammitə Azərbaycan da dəvət olunub.

Nəşr edilib : 12.10.2025 10:12