Futzal turnirində növbəti mərhələyə yüksələn koman...
19:31 07.06.2025
0
0
0
İyunun 6-da daxil olmuş müraciətlər əsasında aparılan araşdırmalar zamanı bir sıra şəxslərin bank hesablarından qanunsuz olaraq pul vəsaitlərinin çıxarıldığı müəyyən edilib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oğurluq faktları üzrə 4850 AZN, 1000 AZN, 999 AZN, 750 ABŞ dolları və digər məbləğlərin ələ keçirildiyi müəyyən olunub.
“Araşdırmalar göstərir ki, bu hallar adətən vətəndaşların kart məlumatlarını, xüsusilə, CVV/CVC kodu, kartın istifadə müddəti və OTP şifrəsini üçüncü şəxslərlə paylaşmaları nəticəsində baş verir.
Vətəndaşlara bir daha xatırladılır ki, bank kartı məlumatları məxfi saxlanmalı, heç bir halda tanımadığınız şəxslərlə paylaşılmamalıdır, naməlum nömrələrdən daxil olan zəng və mesajlara cavab verilməməlidir, şübhəli əlaqə halında dərhal münasibət kəsilməli, nömrə bloklanmalıdır.
Oğurluq halları ilə qarşılaşdıqda Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis orqanına müraciət etməyiniz xahiş olunur”,-deyə DİN-in məlumatında bildirilir.
Digər xəbərlər