NAXÇIVAN :

03 May 2026, Bazar

Bakıda “Qadın iştirakçılığının təbliği” mövzusunda konfrans keçirilib

...

23 aprel 2026-cı il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfrans öz işinə başlayıb. 
“Şərq qapısı” xəbər verir ki, konfransda Naxçıvandan olan nümayəndə heyəti də iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın prioritetlərinin icrasına töhfə verməkdir.
Konfransda qadın memarların layihələrindən ibarət sərgi təşkil olunub. Daha sonra konfransın açılış mərasimində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək mövzunun aktuallığını vurğulayıb, qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakının əhəmiyyətindən bəhs edib.
Konfrans işini Panel I – “Təhlükəsiz şəhərlər: dayanıqlı inkişaf modellərinin planlaşdırılmasında genderə həssas yanaşma” və Panel II – “Bərabər imkanların təmin olunmasında iqtisadi gücləndirmə və hüquqi islahatlar” mövzularında keçirilən müzakirələrlə davam edib.

Nəşr edilib : 23.04.2026 18:38