NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Azərbaycanın ədliyyə naziri, Ali Məhkəmənin və Hakimlər İttifaqının sədrləri Beynəlxalq Hakimlər Assosiasiyasının fəxri medalı ilə təltif ediliblər

...

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov və Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Beynəlxalq Hakimlər Assosiasiyasının fəxri medalı ilə təltif olunublar.

"Şərq qapısı" xəbər verir ki, təltifetmə Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilib.

Nəşr edilib : 14.10.2025 11:55