NAXÇIVAN :

19 Iyun 2025, Cümə axşamı

Azərbaycan və BP “yaşıl enerji” dəhlizi və interkonnektorlarının icrasını müzakirə edib

...

Energetika Nazirliyi ilə BP şirkəti arasında mövcud enerji layihələrinin inkişafı, həmçinin “yaşıl enerji” dəhlizi və interkonnektorlarının icrası müzakirə edilib.

"Şərq qapısı" nazirliyə istinadən xəbər verir ki, müzakirələr nazir Pərviz Şahbazov ilə BP-nin baş icraçı direktoru Mürrey Aukinklossun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

Görüşdə şirkətlə neft-qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıqdan məmnunluq ifadə edilib, müxtəlif enerji növlərindən istifadənin enerji təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlılıq məsələlərinin həllində mühüm rolu vurğulanıb. Bu kontekstdə Azərbaycanın nümunəvi ölkə olduğu, bp şirkəti ilə neft-qaz sahəsində başlayan əməkdaşlığın hazırda bərpa olunan enerji layihəsi - “Şəfəq” günəş elektrik stansiyası ilə uğurla davam etdirilməsi xüsusi qeyd edilib.

Bundan başqa, qlobal enerji bazarlarında inkişaf tendensiyaları ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə nümayəndə heyətinin tərkibində iştirak edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə təyin olunmuş yeni regional prezidenti Ciovanni Kristofoliyə gələcək fəaliyyətində dəstək ifadə edilib.

Nəşr edilib : 19.06.2025 14:34