NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan ilə Türkmənistan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

...

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 13-dən ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimovun rəhbərliyi ilə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir. Oktyabrın 13-də Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan nazir Adil Kərimli Azərbaycanda Türkmənistanın Mədəniyyət Günləri münasibətilə təbriklərini çatdırıb.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkmənistanın Mədəniyyət Günləri oktyabrın 15-dək davam edəcək.

Nəşr edilib : 13.10.2025 17:52