NAXÇIVAN :

03 May 2026, Bazar

Azərbaycan Astanada keçirilən konfransda təmsil olunub

...

Qazaxıstan paytaxtında Ali Məhkəmə Şurası yanında Ədliyyə Akademiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

"Şərq qapısı" Qazaxıstan Respublikası Ali Məhkəmə Şurasına istinadla xəbər verir ki, tədbir “XXI əsrdə hakimlərin davamlı təhsili: Elm və təcrübənin inteqrasiyası ədalət mühakiməsinin keyfiyyətinin artırılmasının əsası kimi” mövzusunda baş tutub.

İştirakçılar arasında Azərbaycan, Almaniya, Qırğızıstan, Polşa, Özbəkistan, Rusiya və Türkiyədən nümayəndə heyətləri, eləcə də məhkəmə, akademik və hüquq ictimaiyyətinin nümayəndələri olub.

İştirakçılar fasiləsiz məhkəmə təhsili sisteminin inkişafı, beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi, təhsil standartlarının uyğunlaşdırılması və hakimlərin təhsili sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Ədliyyə Akademiyasının hakim korpusunun inkişafındakı roluna xüsusi diqqət yetirilib.

Nəşr edilib : 30.04.2026 14:30