Naxçıvanda 60 yaşdan yuxarı müəllimlər sertifikasi...
21:41 04.05.2026
0
0
0
Sosial şəbəkələrdə yayılan görüntülərdə açıq satışda olan kələm turşusu məhsulunun rənginin süni şəkildə dəyişdirilməsi ilə bağlı iddialar irəli sürülüb. Məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb.
"Şərq qapısı" xəbər verir ki, aparılan araşdırmalar çərçivəsində Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Meyvəli bazarı” və bazarətrafı ərazidə nəzarət tədbirləri həyata keçirilib.
Rəngləyici xammaldan və məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.
Agentlik istehlakçıları qida məhsulları alarkən diqqəti olmalarını və mənşəyi məlum olmayan məhsulları istehlak etməməyi tövsiyə edir. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.
Digər xəbərlər