NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ankarada Türkiyə ilə Suriya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

...

Oktyabrın 12-də Ankarada Türkiyə-Suriya təhlükəsizlik müzakirələri keçirilib.

Müzakirələrdə bəyan edilmiş məqsəd Suriyanın ərazi bütövlüyünə və regionda sabitliyə töhfə verməkdir.

Toplantıda Türkiyəni milli müdafiə naziri Yaşar Güler, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın təmsil ediblər.

Suriyadan müdafiə naziri Murhav Əbu Qəsrə, xarici işlər naziri Əsəd Həsən əl-Şibani və kəşfiyyat xidmətinin rəhbəri Hüseyn əl-Salame iştirak ediblər.

"Şərq qapısı" Türkiyə mətbuatına istinadla xəbər verir ki, gündəliyə Suriya və bütövlükdə regiondakı vəziyyət, hərbi təlimlərdə əməkdaşlıq haqqında razılaşmaların həyata keçirilməsi daxil edilib. Bu məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Bu formatda əvvəlki görüş avqustun 13-də Ankarada keçirilib.

Nəşr edilib : 12.10.2025 17:31