NAXÇIVAN :

03 May 2026, Bazar

95,6 km-lik avtomobil yolunu əhatə edən əsaslı təmir işləri davam etdirilir

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə nəzərdə tutulan Dövlət Proqramına uyğun olaraq Naxçıvan şəhərinin Xətai, N.Naxçıvani, S.Vurğun, M.Şəhriyar, H.Rəhmənov küçələri, 58-61-ci məhəllələr, həmçinin Qaraçuq, Babək, Hacıniyyət və 6-cı məhəllə istiqamətində əsaslı təmir işləri davam etdirilir.

Hazırda torpaq işləri aparılır, yol yatağı genişləndirilir, yolun alt qatının möhkəmləndirilməsi məqsədilə qum-çınqıl materialı verilir. Eyni zamanda yağış sularının kənarlaşdırılması üçün beton su kanalları çəkilir. Artıq bəzi hissələrdə yol örtüyü asfaltlanmağa hazır vəziyyətə gətirilib. Bununla yanaşı, şəhərdaxili küçələrdə işlər tamamlandıqdan sonra muxtar respublikanın digər rayonlarında da kənddaxili yolların təmiri həyata keçiriləcək. Bu çərçivədə Babək rayonunun Nehrəm qəsəbəsində, Culfa rayonunun Yaycı kəndində, həmçinin Şərur rayonunun Muğancıq-Müslüm və Cəlilkənd-Düdəngə kənddaxili avtomobil yollarında təmir işlərinin aparılması nəzərdə tutulur.
 Qeyd edək ki, layihənin sifarişçisi Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyidir. İşlər podratçı “Polat Yol Yapı” şirkəti və subpodratçı “Naxproyol” MMC tərəfindən icra olunur.

Nəşr edilib : 23.04.2026 12:49