TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb
23:24 12.06.2025
0
0
0
NAXÇIVAN :
13 Iyun 2025, Cümə
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar muxtar respublikada keçirilən bayram tədbirlərinin növbətisi Babək rayonunda keçirilib.
Babək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri tədbir Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov uşaqları bayram münasibətilə təbrik edib, onlara sağlam və xoşbəxt gələcək arzulayıb. O.Muradov çıxışında qeyd edib ki, uşaqlara göstərilən dövlət qayğısı onların hərtərəfli inkişafına geniş imkanlar yaradır. O, uşaqların sağlam, savadlı, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda böyüməsinin cəmiyyətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. İcra başçısı bildirib ki, ailə, məktəb və dövlətin birgə səyləri uşaqların mənəvi tərbiyəsində mühüm rol oynayır. Gələcək nəsillərə milli-mənəvi dəyərlərin ötürülməsi, onların qorunması və inkişaf etdirilməsi isə ümummilli vəzifədir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bu əlamətdar günün mahiyyətindən və əhəmiyyətindən geniş şəkildə bəhs edib. Komitə sədri qeyd edib ki, uşaqların hərtərəfli inkişafı, onların hüquqlarının qorunması və sağlam mühitdə böyüməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, vurğulayıb ki, bu gün yalnız uşaqları təbrik etmək və onların sevincinə şərik olmaq günü deyil, eyni zamanda cəmiyyətin, ailələrin və dövlətin uşaqların hüquqlarının qorunmasına, onların rifahına və gələcəyinə olan məsuliyyətini bir daha xatırlatmaq üçün mühüm fürsətdir.
Ramilə Seyidova çıxışında komitənin mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə həyata keçirdiyi tədbirlərdən söz açıb, görülən bu tədbirlərin uşaq hüquqlarının müdafiəsi və onların rifahının təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Komitə sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uşaq siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O bildirmişdir ki, uşaqların hüquqlarının qorunması məqsədilə komitə tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Bu monitorinqlər vasitəsilə təhsil, səhiyyə, sosial müdafiə, ailə mühiti və digər sahələrdə uşaqların hüquqi vəziyyəti təhlil olunur, mövcud problemlər müəyyənləşdirilir və onların aradan qaldırılması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülür.
Komitə sədri çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya uşaqlara göstərilən xüsusi diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib.
Tədbirdə Babək rayonu üzrə təhsil sahəsində ən yüksək nəticə göstərən şagird Filiz Salmanova çıxış edərək qazandığı uğurlardan danışıb, yaradılan şərait, göstərilən diqqət, müasir təhsil imkanları və dəstəyə görə minnətdarlığını bildirib.
Tədbir çərçivəsində rayon üzrə 2024–2025-ci tədris ilində təhsil və idman sahələrində yüksək nailiyyətlər əldə etmiş uşaqlara Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyə, Babək Rayon İcra Hakimiyyəti tərəfindən isə hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində Babək rayonu üzrə fəaliyyət göstərən Uşaq Musiqi məktəbləri, tam orta məktəblərin şagirdləri və körpələr evi-uşaq bağçasının balaca fidanları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqs nömrələri nümayiş etdirilib.
Digər xəbərlər