Yeni həyata uğurlu başlanğıc: Torpaq çərşənbəsi...
23:53 17.03.2025
0
0
1
Boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsi üçün təşkil olunan ilk yarış Şəki Olimpiya İdman Kompleksində keçirilib. 2011-2012-ci il təvəllüdlüləri əhatə edən və 6 gün davam edən zona birinciliyində 31 komandanın 151 boksçusu mübarizə aparıb. Reqalamentə əsasən 17 çəki dərəcəsində fərqlənən idmançılar birinciliyin Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Naxçıvan Muxtar Respublikası birincilikdə 1 nümayəndə, 2 məşqçi və 12 idmançı ilə qatılıb. Boksçulardan 5-i hədəfə nail olaraq finala vəsiqə qazanıb.
Məhəmməd Mustafayev 86 kq çəki dərəcəsində birinci olub. Elmurad Kərimli (42 kq), Yusif Tağıyev (44 kq), Dünyamin Şirəliyev (48 kq) və Əli Quliyev (54 kq) isə 3-cü yerin sahibi kimi növbəti mərhələyə adlayıblar.
Digər xəbərlər