Naxçıvan Duz İstehsalı müəssisəsinin fəaliyyəti bə...
18:08 29.04.2026
0
0
0
İğdır Azərbaycan Evinin rəhbəri və Beynəlxalq Qarabağ Təşkilatının koordinatoru Ziya Zakir Acar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunması münasibətilə öz təəssüratlarını bölüşüb.
Ziya bəy bildirib ki, bu yüksək dövlət mükafatı onun üçün böyük qürur və məsuliyyət mənbəyidir. O, uzun illər ərzində Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsi, iki qardaş xalq arasında dostluğun inkişafı və Azərbaycan diasporunun güclənməsi istiqamətində göstərdiyi fəaliyyətin belə yüksək qiymətləndirilməsindən məmnunluğunu ifadə edib.
“Təltif mənim üçün həm böyük şərəf, həm də gələcək fəaliyyətim üçün əlavə motivasiya oldu. Cənab Prezidentə və dövlətimizə dərin minnətdarlığımı bildirirəm. Bundan sonra da qardaş Türkiyə ilə əlaqələrin inkişafına və diasporumuzun güclənməsinə xidmət etmək üçün əlimdən gələni edəcəyəm”, – deyə Ziya Zakir Acar vurğulayıb.
Bu mükafat, həmçinin Azərbaycan-Türkiyə dostluq əlaqələrinin dərinliyini və diasporumuzun fəaliyyətinin önəmini bir daha təsdiq edir.
Digər xəbərlər