Mehriban Ələkbərzadəyə MDB PA-nın Çingiz Aytmatov ...
12:38 23.11.2024
0
0
0
Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Günü münasibətilə Bakı, Gəncə, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnılarının, eləcə də marşların sədaları altında keçirilən yürüşlər vətəndaşlarımız tərəfindən alqışlarla qarşılanıb.
Digər xəbərlər