NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

“Zəfər Günü” ilə əlaqədar tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 4 noyabr  2024-cü il tarixdə “Zəfər Günü” ilə əlaqədar “Tarixi zəfərimiz qürur mənbəyimizdir” başlığı adı altında şəhid ailələri ilə birlikdə tədbir keçirilib.
Tədbiri əvvəlcə kitabxananın direktoru Ruzi Süleymanov açaraq qeyd edib ki, 30 ilə qədər işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnən Vətən müharibəsi müasir Azərbaycan tarixinin parlaq səhifəsinə çevrilmişdir. Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan xalqının mübarizliyini, ölkəmizdə xalq-ordu-rəhbər vəhdətinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. 
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Məmməd Hüseynli “Zəfərimiz ən dəyərli əmanətimizdir” adlı məruzə ilə çıxış edərək bildiribki, 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir. Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı.
Kitabxananın Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin şöbə müdiri Nüşabə Seyidovanın “Zəfərə gedən yol” adlı çıxışından sonra şəhid Emin Sadiqovun anası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova və şəhid Vaqif Rəcəbovun   anası Məryəm Rəcəbova   çıxış edərək bildiriblər ki, hər birimizin vətəndaşlıq borcudur şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan oğullarımızı daim qəlbimizdə yaşadaq, xatirələrinə dərin ehtiram bəsləyək.
Sonda  oxucuların səsləndirdiyi  şeirlər dinlənilərək, videçarxa və sərgiyə baxış keçirilib.

Nəşr edilib : 04.11.2024 17:10