"Euronews": Türkdilli ölkələr saxta xəbərlərlə müb...
22:40 07.12.2025
0
0
0
Azərbaycan qabaqcıl texnologiyaların tətbiqi sahəsində əla nəticələr nümayiş etdirir.
"Şərq qapısı" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lukison Zavazava deyib.
Kosmas Lukison Zavazava bildirib ki, Azərbaycan 5G, süni intellekt kimi müasir texnologiyaların tətbiqi sahəsində mühüm nailiyyətlər əldə edib: “Ölkə texnoloji həllərin geniş tətbiqi ilə seçilir və biz bu sahədə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edirik”.
BTİ rəsmisi Bakıda keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının həm region, həm də qlobal telekommunikasiyanın inkişafı üçün mühüm platforma olduğunu qeyd edərək, Azərbaycanın təşəbbüslərinin gələcək innovativ layihələrin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Digər xəbərlər