NAXÇIVAN :

02 May 2026, Şənbə

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 8-də “Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanları keçiriləcək.

DİM-dən  bildirilib ki, imtahana qeydiyyat mayın 24-dək aparılacaq.

Bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric ingilis dili kvalifikasiyaları (Cambridge English Qualifications), Kembric ingilis dilinin tədrisi (Cambridge English Teaching) imtahanlarını təşkil edir.

İmtahana gələn namizədlər mütləq şəkildə Confirmation of Entry (CoE) sənədini (international@dim.gov.az ünvanından göndərilir) özləri ilə gətirməlidirlər.

Ətraflı məlumat üçün international@dim.gov.az poçt ünvanına müraciət edə bilərsiniz.

Nəşr edilib : 29.04.2026 10:26