NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Yeni tədris ilində Şərur rayonunun Təzəkənd tam orta məktəbi əsaslı təmirdən sonra kollektivin istifadəsinə verilib

...

Sentyabrın 16- da Şərur rayonunun Təzəkənd tam orta məktəbinin yeni binası əsaslı təmirdən sonra kollektivin istifadəsinə verilib. 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov kollektivlə görüşüblər.  

Görüşdə son dövrlərdə ölkədə təhsilə göstərilən dövlət qayğısından bəhs edilib, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin təbrikləri kollektivə çatdırılıb.   
Məktəbdə yaradılan tədris şəraiti ilə tanışlıq zamanı  məlumat verilib ki, 110 yerlik məktəb binasında əsaslı təmir işləri aparılmış, binanın dam örtüyü, qapı və pəncərələri  dəyişdirilmiş, suvaq və boyama işləri aparılmışdır. Həmçinin  STEAM otağında və fizika-kimya laborotoriyasında elektron lövhə quraşdırılmış, kompüter otağına yeni kompüter dəstləri qoyulmuş, məktəbə kamera sistemləri quraşdırılmış,  kitabxana  əlavə ədəbiyyatlarla zənginləşdirilmişdir. Məktəb  üçün fərdi qazanxana yaradılmış, binanın həyətində açıq idman qurğuları quraşdırılmış, həyatyanı sahədə abadlıq işləri aparılmış, yaşıllıq sahəsi salınmış, işıqlandırma və suvarma sistemləri yenilənmişdir.  
Məktəbin kollektivi onlar üçün yaradılan tədris şəraitinə görə  minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 16.09.2024 17:03