Azərbaycan XİN Monteneqroya başsağlığı verib...
15:51 02.01.2025
0
0
0
NAXÇIVAN :
02 Yanvar 2025, Cümə axşamı
Xəyallarımızın gerçəkləşəcəyinə böyük ümidlər bəslədiyimiz yeni ilin astanasındayıq. Artıq ömrümüzdən, günümüzdən pay verdiyimiz daha bir ili də, beləcə, arxada qoyuruq. Geriyə boylandıqda canımız, qanımız, doğma Azərbaycanımızın gündən-günə çiçəklənməsi, qüdrətlənməsi yolunda dövlətimizin imza atdığı böyük uğurları göz önünə gətirir, ötüb keçən illərə təəssüflənmirik. Əksinə, fərəhlənirik. Çünki müstəqil dövlətimizdə hər ötən ilin öz möhtəşəm ərməğanları ilə başı uca olan Vətənimizə töhfə verdiyini görürük. Təbii ki, bu töhfədən Naxçıvana da böyük pay düşüb. “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”, – deyən Ulu Öndərimizin arzuları ölkəmizin hər yerində, eləcə də muxtar diyarımızda gerçəkliyə qovuşur.
Gündən-günə qüdrətimizi artıran qəbul olunmuş müxtəlif Dövlət proqramlarının həyata keçirilməsi, sahibkarlığın inkişafına verilən güclü dəstək, iqtisadiyyatın bütün sahələrinə dövlət qayğısı, inkişaf və tərəqqi göz qabağındadır. Sözsüz ki, bu uğurların əsasında qüdrətli Azərbaycan dövlətinin Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti dayanır. Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində bütün sahələrin inkişafına göstərdiyi diqqət sayəsində Naxçıvan da 2024-cü ili uğurla başa vurur. 2025-ci ilin ulu diyarımıza daha böyük uğurlar gətirəcəyi ümidinin qəlbimizdə yaratdığı xoş əhvali-ruhiyyə ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili qarşılayırıq.
Mövsüm qış olsa da, naxçıvanlıların qəlbi şəfqət və sevgi dolu, Naxçıvan isə həmişəki kimi al-əlvandır. Yeni ili qarşılamaq üçün doğma diyar artıq bayram libasını geyinib. Şəhərin hər yerində yeni il təmtərağı insana əsl bayram abu-havası yaşadır. Zövqlə bəzənən yeni il ağacları Naxçıvanın gözəlliyinə gözəllik qatır. Şəhərin mərkəzində ucalan rəngarəng zəfər yolkası isə birliyimizin, bütövlüyümüzün rəmzini ifadə edir. Yolkanın ətrafında əsl bayram ab-havası duyulur. Son vaxtlar Naxçıvana yolu düşən hər kəs özünü festivallar şəhərindəki kimi hiss edir. Haqlıdırlar! Çünki Naxçıvanda son zamanlar keçirilən bir-birindən maraqlı festivallar bunu deməyə əsas verir. Eləcə də artıq iki ildir ki, Naxçıvanda keçirilən “Snowfest – Qış festivalı”. Şəhərimiz əsl bayram ovqatı yaşayır. İnsanların üzü gülür bu ovqatdan. Çünki biz ümidliyik hər gələn günümüzün keçən günlərimizdən daha gözəl olacağına… “Hər şey gözəl olacaq” demişkən... Yeni ilə bir neçə gün qalmış, təəssüf ki, aydın sabahımızı dumanlı bir xəbərlə açdıq. Bu xəbər bütün azərbaycansevərlərin qəlbindən qəzaya uğrayan təyyarənin ağırlığı qədər daş kimi asıldı. Zərif bir xanımın səsindəki titrəklik kimi kövrəldik böyükdən-kiçiyə, hamımız... Bu kədərdən sarsılsaq da, təşviş və həyəcanla gözlədik, ümid etdik, hər şey yaxşı olsun deyə.... 26 dekabr 2024-cü il dəhşətli təyyarə qəzasında həlak olanların əziz xatirəsinin hər il ehtiramla yad olunması naminə ölkəmizdə matəm günü elan edildi. Ümid edirik ki, ağrımız, acımız elə 2024-cü ildə qalsın! Bu Azərbaycan xalqının başına gələn son bəla olsun!
Artıq 4 ildir ki, Həmrəylik Günü və Yeni il bayramını qalib xalq, qalib ölkə kimi qeyd edirik. Qalibiyyətimizi və zəfərimizi isə həmrəyliyimizə, birliyimizə borcluyuq. Əminik ki, 44 gündə 30 ilin işğalına son qoyan bütöv Azərbaycanı qarşıda daha böyük uğurlar gözləyir. İnanırıq ki, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, qüdrətli iqtisadiyyat, güclü ordu və xalq birliyi, bir amal uğrunda həmrəylik, mübarizlik əhvali-ruhiyyəsi sayəsində ölkəmiz diplomatiya arenasında növbəti zəfər sevincini yaşayacaq, səs-sədamız Qərbi Azərbaycandan duyulacaq!
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni il bayramını dörd ildir ki, Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlara uyğun atdığı addımlar və qazanılan uğurlar fonunda qeyd edirik. Birliyimiz, həmrəyliyimiz sayəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri də yüksək səviyyədə aparılır, soydaşlarımızın Böyük Qayıdışı təmin olunur. Bu ərazilərimizin iqtisadi potensialı, ümumilikdə, ölkə iqtisadiyyatına yönəldilməklə dayanıqlı inkişafa böyük töhfələr verilir. Ərazi bütövlüyü təmin olunmuş Azərbaycanımızın uğurlarının fonunda gələcəyə böyük nikbinliklə baxırıq. Əminik ki, 44 gündə 30 ilin işğalına son qoyan qarabağlı və şərqi zəngəzurlu Azərbaycanı qarşıda böyük uğurlar gözləyir. Xalqımız hərb meydanında olduğu kimi, işğaldan azad olunmuş torpaqlarımızda min bir büsatın yaradılmasında, torpağına illərin həsrətlisi kimi sahiblənməkdə, onun tarixini, milli-mədəni irsini qoruyub yaşatmaqda, təbii sərvətlərinə sahiblənməkdə milli həmrəylik nümayiş etdirdi. Bu birlik möhtəşəm qələbələrimizin, daha böyük uğurlarımızın rəhni olacaq. O gün uzaqda deyil!
Gülcamal TAHİROVA
Digər xəbərlər