NAXÇIVAN :

08 Yanvar 2025, Çərşənbə

Yaponiyada 6 maqnitudalı zəlzələ olub

...

Yaponiyada 6 maqnitudalı zəlzələ olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə TASS Yaponiyanın Milli Meteorologiya İdarəsinə istinadən məlumat yayıb.

Zəlzələnin episentri Sakit okeandakı ucqar Tori adalarında, ocağı isə 420 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Nəşr edilib : 07.01.2025 13:27