Akademik Hüseyn Əhmədovun zəngin elmi irsinin daha...
23:33 02.07.2026
0
0
0
Çin Kommunist Partiyasının dəvəti ilə Çinə səfər edən Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Şanxayda “Çinin sosial-iqtisadi inkişafına dair 15-ci beşillik proqram və Çin xüsusiyyətli modernləşmə”, həmçinin “Kadrların hazırlanması və partiyanın gənclər siyasəti” mövzularında keçirilən seminarlarda iştirak edib.
Partiyadan bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Pekində Çin Kommunist Partiyası Beynəlxalq əlaqələr şöbəsinin Avrasiya departamenti direktorunun müavini Syu Çinsian və şöbə müdirinin müavini Sun Haiyan ilə görüşüb.
Görüşlərdə Azərbaycan-Çin münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, hakim partiyalar arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.
Nümayəndə heyəti, həmçinin Çin Kommunist Partiyası üzvlərinin təltifetmə mərasimində iştirak edib. Tədbirdə çıxış edən YAP nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Vüqar İskəndərov iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, bu əlaqələrin dövlət başçıları İlham Əliyev və Si Cinpinin siyasi iradəsi sayəsində daha da möhkəmləndiyini vurğulayıb. O, 2024-cü ildə YAP ilə Çin Kommunist Partiyası arasında imzalanmış Əməkdaşlıq memorandumunun tərəfdaşlığın inkişafında mühüm mərhələ olduğunu qeyd edib.
Səfər çərçivəsində nümayəndə heyəti Hebey vilayətinin bir sıra yaşayış məntəqələrinə, Böyük Çin səddinə və İmperator saray kompleksinə də baş çəkib.
YAP nümayəndə heyətinin Çinə səfəri iyulun 2-də başa çatıb.
Digər xəbərlər