“Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı”...
23:33 12.03.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və rayon mədəniyyət idarə və şöbələrinin tabeliyindəki müəssisələrdə yanğın təhlükəsizliyinin qarşısının alınması məqsədilə nazirlik tərəfindən “Yanğınsöndürmə balonlarının alınması” ilə bağlı kotirovka sorğusu elan edilib.
Belə ki, sorğunun nəticəsində qalib şirkətdən 250 ədəd yanğınsöndürmə balonu alınıb.
Alınan yanğınsöndürmə balonları Naxçıvan Muxtar Republikası Mədəniyyət Nazirliyi tərəfindən nazirlik, rayon mədəniyyət idarə və şöbələrinin tabeliyindəki müəssisələrə təhvil verilib.
Qeyd edək ki, nazirlik tərəfindən gələcəkdə də müəssisələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi, ilkin yanğın söndürmə vasitələri ilə təchiz edilməsi diqqətdə saxlanılacaq.
Digər xəbərlər