NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Xocalıya köçürülən sakinlərdən artıq 200-dən çox şəxsin məşğulluğu təmin edilib

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı şəhərinə və Xocalı rayonunun Ballıca kəndinə köçürülən sakinlərdən artıq 200-dən çox şəxsin məşğulluğunu təmin edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
O, cümlədən Xocalının 40 sakini üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.
Hazırda daha 80 sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Nəşr edilib : 26.02.2025 21:10