Şahbaz Şərif: Azərbaycanla dostluğumuz, siyasi anl...
20:53 24.02.2025
0
0
0
NAXÇIVAN :
24 Fevral 2025, Bazar ertəsi
Azərbaycan xalqının azadlıq və ədalət uğrundakı mübarizəsinin simvoluna çevrilmiş Xocalı faciəsindən artıq 33 il ötür. Məhz buna görə Xocalının fəryadını bir daha dünyaya duyurmaq və şəhidlərimizin əziz ruhlarını uca tutaraq onları anmaq üçün qardaş ölkə Türkiyədən gələn alpinistlərin Haçadağa yürüyüşü təşkil olunub. “İğdır dağçılıq və velosiped” İdman Klubu ilə Qars vilayətinin Kağızman dağçılıq, təbiət idmanları klubunun rəhbərləri öz heyətləri ilə birlikdə 22 fevral tarixdə Haçadağa dırmanışı gerçəkləşdiriblər. “Şərq qapısı” qəzeti olaraq yürüyüşdən sonra idmançıların təəssüratlarını öyrənmək üçün idman klubunun rəhbəri Özər Qonca ilə görüşdük.
Klub rəhbəri böyük fəxr hissi ilə bu yürüyüşü həyata keçirdiyini və bunun 8-ci yürüyüşü olduğunu bildirdi. Eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığına toxunaraq Xocalının onların da qabıq bağlamayan yarası olduğunu nəzərimizə çatdırdı. Türkiyəli idmançı hava şəraitinin çətinliyinə və qar yağışına baxmayaraq, dırmanışa sona qədər davam etdiklərini də vurğuladı. Həmsöhbətimiz bu tədbirin təşkil olunmasında əsas məqsədin Xocalı şəhidlərini hörmətlə anmaq və insanlıq tarixinin bu qanlı faciəsini unutdurmamaq olduğunu qeyd etdi. Müsahibimiz faciədən 33 il ötsə də, türk milləti olaraq bu qətliamın törədiciləri – əli qanlı erməni canilərinə qarşı qəzəb hisslərinin bir zərrə belə azalmadığını vurğuladı. Bu tədbiri öz təşəbbüsləri ilə həyata keçirdiyini bildirən klub rəhbəri məqsədinin önümüzdəki illərdə də bu yürüyüşü həyata keçirmək və özündən sonra da davam etdirilməsi olduğunu qeyd etdi. Ən ali zirvə olan şəhidlik mərtəbəsinə ucalmış 613 Xocalı şəhidinin ruhları elə məhz uca zirvədə – Haçadağda anılıb.
Cavanşir BAĞIRLI
Digər xəbərlər