Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliy...
14:13 24.04.2025
0
0
0
Azərbaycan üçün İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrlə nəqliyyat və energetika sahəsində əməkdaşlıq əsas prioritetlərdəndir.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, rəsmi Bakı qurumun təsisçilərindən sonra İƏT-in ən fəal üzvüdür:
"1992-ci ildə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin üzv olması ilə İƏT-ə yeni nəfəs gəlib. Azərbaycan üzv olduqdan sonra İƏT-ə iki dəfə sədrlik edib. İƏT-lə əməkdaşlıq təşkilatda mühüm müttəfiqlərimiz olduğuna görə çox önəmlidir. Biz təşkilata üzv ölkələrlə daim təmasda olmuşuq və olacağıq. Bizim üçün nəqliyyat və energetika sahəsində əməkdaşlıq əsas prioritetlərimizdəndir".
XİN rəsmisi daha sonra Azərbaycanın İƏT-in inkişafında xüsusi rol oynamasından söz açıb:
“İran və Türkiyədə bu təşkilatın tərkibində fəaliyyət göstərən bir sıra mərkəzlər mövcuddir. Eyni zamanda Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzi və Tədqiqat Mərkəzi yaradılacaq. Hazırda son tamamlama işləri gedir".
Digər xəbərlər