NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Xıdır Nəbi bayramı nə vaxt qeyd olunmalıdır?

...

Sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də Xıdır Nəbinin keçirilmə tarixidir. Bununla bağlı AMEA Naxçıvan Bölməsinin əməkdaşı etnoqraf alim, dosent Asəf Orucov açıqlamasında bildirdi ki,  Xıdır Nəbi bayramı bəzən həftənin dördüncü gününə təsadüf edildiyindən bunu dinlə əlaqələndirirlər. Naxçıvan şəhərində indi də bayramı Kiçik çillənin ikinci cümə axşamında qeyd edirlər. Ancaq onu deyə bilərik ki, Xıdır Nəbi bayramının dinlə heç bir əlaqəsi yoxdur. Bu İslamdan öncə formalaşmış əski türk inancıdır. Bu bayram “qışın oğlan çağında”, Kiçik çillənin onuncu günü, Novruzdan altı həftə qabaq qeyd edilir.  Bununla belə günümüzdə Xıdır Nəbi bayramı muxtar respublikanın bölgələrində fərqli günlərdə keçirilir. 

Bülbül QULİYEVA

Nəşr edilib : 10.02.2025 14:58