NAXÇIVAN :

05 Oktyabr 2026, Bazar ertəsi

Xətai məhəlləsində ikinci qat asfalt örtüyünün döşənməsinə başlanılıb

...

Xətai məhəlləsində avtomobil yolunun asfalt-beton örtüyü ilə təmin olunması istiqamətində işlərin növbəti mərhələsinə keçid alınıb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə uzunluğu 7,7 kilometr olan avtomobil yolunda ikinci qat asfalt-beton örtüyünün salınmasına başlanılıb. Qurumdan "Şərq qapısı"na verilən məlumata görə, hazırda yolun 300 metrlik hissəsinə ikinci qat asfalt örtüyü salınıb. Bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, avtomobil yolunun 7,7 kilometrlik hissəsi birinci qat asfalt-beton örtüyü ilə təmin olunub.

Nəşr edilib : 05.10.2026 16:34