NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Xatirə Muzeyində “20 Yanvar – Qanla yazılan qəhrəmanlıq salnaməsi” mövzusunda anım tədbiri keçirilib

...

Xatirə Muzeyində “20 Yanvar – Qanla yazılan qəhrəmanlıq salnaməsi” mövzusunda anım tədbiri keçirilib.

Xatirə Muzeyində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar keçirilən anım tədbiri xalqımızın azadlıq uğrunda göstərdiyi misilsiz qəhrəmanlığın bir daha yad edilməsi ilə yadda qaldı. Tədbirdən əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Xatirə Muzeyinin direktoru Aytən Qasımova çıxış edərək 20 Yanvar faciəsinin tarixi-siyasi əhəmiyyətindən bəhs edib.

Daha sonra Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi Nuray Məmmədli “20 Yanvar – qan yaddaşımız” mövzusunda məruzə ilə çıxış edib.
Şəhid Azər Tağıyevin bacısı Könül Seyidova isə “Sədərək döyüşləri – müstəqilliyimizin ilk sınağı” mövzusunda çıxış edib.

Şəhid ailələrinin və qazilərin çıxışları, həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş şeirlərin qiraəti tədbirə xüsusi mənəvi dəyər qatıb. Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olub.

Nəşr edilib : 16.01.2026 18:15