Azərbaycan gimnastları Dünya Kubokunda növbəti qız...
21:14 18.10.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
"Şərq qapısı" xəbər verir ki, görüş zamanı bir sıra ekoloji və sosial layihələrin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb.
Müzakirələr çərçivəsində bərk məişət tullantılarının emalı müəssisəsinin yaradılması, sosial dəstəyə ehtiyacı olan ailələrin evlərinin dam örtüklərində elektrik enerjisi təminatı sistemlərinin quraşdırılması, çöl heyvanlarının yemlənməsi üçün xüsusi qurğuların yerləşdirilməsi, istixananın yaradılması, eləcə də hidrometeoroloji stansiyaların qurulması ilə bağlı layihə təklifləri nəzərdən keçirilib.
Qeyd olunan layihələrin həyata keçirilməsi imkanları, onların ətraf mühitin mühafizəsinə, sosial rifahın yaxşılaşdırılmasına və dayanıqlı inkişafın dəstəklənməsinə verə biləcəyi töhfələr barədə müzakirələr aparılıb.
Digər xəbərlər