NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilir

...

Xankəndi şəhərindəki Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilir. Forumda 300-ə yaxın QHT iştirak edir.

"Şərq qapısı" xəbər verir ki, əvvəlcə “Şəhidə məktub” videoçarxı nümayiş olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Forumda rəsmi çıxışlardan sonra “Türkman irsi: tarixi köklərə sədaqət”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar”, “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası, “Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər” mövzularında panel müzakirələri aparılacaq.

Tədbir bədii hissə ilə başa çatacaq.

Nəşr edilib : 20.10.2025 10:14