NAXÇIVAN :

21 Oktyabr 2026, Çərşənbə

NDU tələbələri Çinin Urumçi şəhərində səfərdədir

...

Naxçıvan Dövlət Universitetinin tələbələrindən ibarət nümayəndə heyəti Çinin Urumçi şəhərində səfərdədir.
"Şərq qapısı" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Urumçi Elm və Texnologiya Muzeyində təşkil olunan qarşılanma mərasimində iştirak edib.
Proqram zamanı iştirakçılar robotun nümayiş etdirdiyi performansı izləyib, 5D film nümayişində iştirak edib və ənənəvi Çin mədəniyyətinə xas olan Face Mask Dance – üz maskalarının dəyişdirilməsi rəqsi ilə tanış olublar.
Proqramın davamında Sincan Universitetinin tələbələri ilə Naxçıvan Dövlət Universitetinin tələbələri arasında fikir və təcrübə mübadiləsi də təşkil olunub.

Nəşr edilib : 21.10.2026 20:54