NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirilib

...

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər aşağı salınıb.

"Şərq qapısı"-nın məlumatına görə, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə inzibati binaların qarşısında ucaldılan dövlət bayraqları yarıyadək endirilib.

Bu gün saat 17.00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Nəşr edilib : 26.02.2025 10:10