NAXÇIVAN :

16 Yanvar 2025, Cümə axşamı

Xalq pəhləvanı Əliyar Musayevin adı rekordlar kitabına düşüb

...

63 yaşlı şərurlu xalq pəhləvanının bir çox güc nömrələri, xüsusən də yüksək ağırlıqları ən kiçik barmağı ilə ram etməsi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Pəhləvanın nail olduğu göstəricilərdən biri artıq rəsmi rekord kimi qeydə alınıb.

Əliyar Musayevin adı bu yaxınlarda Avropanın, MDB-nin və Rusiyanın rekordlar kitabına düşüb. Bundan başqa, pəhləvan “Rusiya rekordlar kitabı”nın “Qızıl ulduz” nişanı ilə təltif olunub. Pəhləvan bu uğuru 22 avqust 2023-cü ildə Keşlə dəmir yolu stansiyasında ümumi çəkisi 71 ton 250 kq olan qatarı (3 vaqon) dartmasına əsasən qiymətləndirilib. Mükafatlar hər üç kitaba baş redaktorluq edən Aleksey Svistunov tərəfindən Moskva şəhərində təqdim olunub.

Nəşr edilib : 16.01.2025 16:31