Xəzər dənizində zəlzələ olub
21:21 20.05.2026
0
0
0
NAXÇIVAN :
20 May 2026, Çərşənbə
Mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?” mövzusunda parlament üzvlərinin dəyirmi masası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Misir parlamentinin üzvü Sahar Attianın moderatorluğu ilə keçirilən tədbirdə şəhərlərlə bağlı öhdəliklərin milli fəaliyyətlərə çevirilməsi məsələsi müzakirə edilib.
Tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Ərəb dövlətləri üzrə regional ofisinin direktoru Rania Hedeya, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlu, “UN-Habitat” “Local2030” Koalisiyası Katibliyinin rəhbəri Sebastian Vauzelle, Avropa Parlamentinin üzvü Markos Ros Sempere, Səudiyyə Ərəbistanının Həcc, Mənzil və Xidmətlər Komitəsinin rəhbəri Attia bin Məhəmməd Əl-Atavi, Milli Məclisin deputatları Nigar Məmmdova, Nigar Arpadarai, Pərvanə Vəliyeva, Zambiya Parlamentinin təmsilçisi Malungo Chisangano və digərləri çıxış ediblər.
Bildirilib ki, milli qanunvericilik və qlobal mənzil öhdəlikləri mövzusu birbaşa parlamentarilərin əvəzedilməz rolundan xəbər verir. Qlobal gündəliklər və beynəlxalq öhdəliklər yalnız qanunvericilik, hesabatlılıq mexanizmləri və yerli səviyyədə icra vasitəsilə milli prioritetlərə çevrildikdə real məna kəsb edə bilər.
Çıxışçılar qeyd ediblər ki, mənzil təminatı bu gün dünyanın ən ciddi çağırışlarından biridir. Sürətli urbanizasiya, iqlim dəyişiklikləri, artan yaşayış xərcləri və infrastruktur üzərində təzyiqlər dövlətlər qarşısında yeni vəzifələr müəyyən edir. Bu səbəbdən dayanıqlı və inklüziv şəhərlərin qurulması artıq yalnız urbanistika məsələsi deyil, bu, həm də sosial ədalət, iqtisadi inkişaf, ekoloji təhlükəsizlik və insan rifahı məsələsidir.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
Digər xəbərlər