NAXÇIVAN :

09 Yanvar 2025, Cümə axşamı

Vyetnam lideri Azərbaycan Prezidentinə başsağlığı məktubu ünvanlayıb

...

Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıon Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
"Şərq qapısı" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması nəticəsinə çoxlu sayda insanın həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Cənab Prezident, Vyetnam dövləti və xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşürəm".

Nəşr edilib : 28.12.2024 19:36