NAXÇIVAN :

02 May 2026, Şənbə

Vüqar Hümbətov: Bu il attestasiya prosesinə 8 mindən artıq müəllimin cəlb olunacaq

...

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiya prosesi cari ildə də davam etdirilir. Ötən il 4–5 region üzrə attestasiya prosesi uğurla yekunlaşıb. Bu il isə digər regionlar üzrə 8 mindən artıq müəllimin prosesə cəlb olunması nəzərdə tutulur.

"Şərq qapısı" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov məlumat verib.

Onun sözlərinə görə, attestasiya proqramları artıq bir ildən çoxdur müəllimlərə təqdim olunub və onlar proqramla tanışdırlar.

“Proqram birbaşa müəllimin ixtisasına və tədris etdiyi fənnə aiddir. Bu çərçivədə Bakıdan onlayn görüşlər, eyni zamanda regionlarda ixtisaslı kadrların, mütəxəssislərin və ekspertlərin iştirakı ilə görüşlər təşkil olunur. Bu da müəllimlərin attestasiya prosesinə dolğun şəkildə hazırlaşmasına dəstək məqsədi daşıyır”, – deyə V.Hümbətov əlavə edib.

Direktor qeyd edib ki, qiymətləndirmə attestasiya komissiyası tərəfindən aparılır. Komissiyada beş üzv təmsil olunur və proses zamanı müəllimin vəzifəyə uyğunluğu, peşəkar fəaliyyəti, bilik və bacarıqları dəyərləndirilir.

Vüqar Hümbətov bildirib ki, peşə standartlarına cavab verməyən halların qiymətləndirilməsi mərhələsinə kənardan dəvət olunmuş mütəxəssislər və ekspertlər də cəlb edilir.

Nəşr edilib : 05.02.2026 12:25