Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dö...
00:10 08.10.2024
0
0
0
NAXÇIVAN :
08 Oktyabr 2024, Çərşənbə axşamı
Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasında Milli Məclisə 6, Ali Məclisə isə 45 dairə üzrə seçkilər keçirilir. Naxçıvan şəhəri üzrə bir neçə məntəqədə olduq, seçki prosesini izlədik. Əliabad qəsəbə 16 nömrəli tam orta məktəbdə yerləşən, 1191 seçicinin qeydə alındığı Milli Məclis üzrə 4-42 və Ali Məclis üzrə 33-6 saylı məntəqələrin qarşısında seçici fəallığı və yüksək əhvali-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri diqqətimizi çəkdi. Hər kəs seçici siyahısından adını rahatlıqla tapır, sonra məntəqəyə daxil olaraq azad şəkildə səsvermə hüququndan istifadə edirdi.
Seçici, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Hüseyn Həsənovun fikirlərini öyrəndik: “2020-ci ildə ölkəmizin apardığı haqq müharibəsinə qatılaraq Xocavənd, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak etmişəm. Oktyabrın 20-də Qubadlı istiqamətində yaralanmışam. Ötən 4 il ərzində dövlətimizin diqqət və qayğısını daim hiss edirəm. Cəmiyyətimizin bütün üzvləri biz qazilərə hörmətlə, ehtiramla yanaşır. Artıq ikinci dəfədir ki, qalib Ordunun ehtiyatda olan zabiti, eyni zamanda da ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuş ölkənin nümayəndəsi kimi seçki prosesində iştirak edirəm. Qalib zabit kimi bu dəfə də Vətənimin aydın sabahı naminə səs verdiyim üçün ikiqat sevincli və qürurluyam. İnanıram ki, parlament seçkiləri xalqımız, dövlətimiz üçün uğurlu olacaq”.
Digər xəbərlər