Azərbaycan ilə Çin cinayət işləri üzrə qarşılıqlı ...
12:07 24.06.2025
0
0
0
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi Naxçıvan Muxtar Respublikasında yeni layihəsinə start verir. Naxçıvan gənclərinin sağlamlığı naminə “Narkotikə yox” təşəbbüsü adlı layihə çərçivəsində muxtar respublikada 5 təlim nəzərdə tutulub.
Belə ki, iyunun 28-də Naxçıvan şəhərində, iyulun 5-də Şərur rayonunda, iyulun 12-də Babək rayonunda, iyulun 19-da Culfa rayonunda, iyulun 26-da isə Ordubad rayonunda gənclər bu təlimlərdən yararlana biləcəklər.
Layihənin rəhbəri Emin Tarverdiyev, təlimçi isə Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyevdir.
Qeyd edək ki, bu “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi ikinci layihədir. Belə ki, ictimai birlik Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə 2024-cü ildə “44 günlük müharibə iştirakçıları üçün biznesin əsasları” adlı layihəni də Naxçıvan Muxtar Respublikasında uğurla icra edib.
Digər xəbərlər