Türkiyə Super Liqasında XXXVI tura yekun vurulub...
22:26 18.05.2025
0
0
0
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Vənənd kənd uşaq musiqi məktəbinin yaradılmasının 45 illiyinə həsr olunmuş konsert keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Ordubad Rayon Mədəniyyət Sarayında təşkil olunan konsertdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət işçiləri, musiqi məktəblərinin müəllim və şagirdləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Konsert proqramı ilə davam edən tədbirdə məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini, həmçinin xalq mahnılarımızı səsləndiriblər.
Rəngarəng konsert proqramı tamaşaçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.
Sonda Ordubad Rayon Mədəniyyət İdarəsinin müdiri Azər Məmmədov, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları Həcərxanım Məmmədova, İmamqulu Əhmədov və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin kafedra müdiri İsmayıl Mürsəlov və Vənənd kənd uşaq musiqi məktəbinin direktoru Səmra Əliyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, konsertdə uğurla çıxış edən müəllim və şagirdlərə, eləcə də məktəbin bütün kollektivinə gələcək fəaliyyətlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıblar.
Həmçinin məktəbdə fərqlənən şagirdlərə direktor Səmra Əliyeva tərəfindən təşəkkürnamələr təqdim olunaraq xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Vənənd kənd uşaq musiqi məktəbi 1980-ci ildən Ordubad şəhər uşaq musiqi məktəbinin filialı kimi fəaliyyətə başlayıb. 1982-ci ildən fəaliyyətini müstəqil davam etdirir. 13 yanvar 2020-ci il tarixdən məktəb yeni tikilən binada fəaliyyət göstərir.
Digər xəbərlər