Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər im...
17:51 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
“Vaşinqtonda Azərbaycan və Ermənistan münasibətlərində əldə olunan tarixi nailiyyətlər Prezident İlham Əliyev diplomatiyasının praqmatikliyini bir daha təsdiq etdi. İndi heç kim şübhə edə bilməz ki, Cənubi Qafqazın yeni reallığı, nəhayət, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Mxtar Respublikası Ali Məclisinin deputatı Aysel Dünyamalıyeva bildirib.
O deyib ki, yaşanan tarixi anlardan biri də ABŞ prezidenti Donald Trampın “Azadlığa Dəstək Aktının 907-ci maddəsinin icrasını dayandıran sənədi imzalaması oldu. Prezident İlham Əliyevlə Prezident Donald Trampın uğurlu əməkdaşlığının nəticəsi olan bu qərar Azərbaycanın 33 ildir, məruz qaldığı ədalətsizliyə son qoyur. Bu gün Azərbaycan bütün dünya dövlətləri tərəfindən Cənubi Qafqazın lider dövləti olaraq qəbul olunur: “Azərbaycan sülhün əldə olunmasının, habelə regionda yeni quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi nümayiş etdirir. Bu prosesdə vasitəçi kimi çıxış edən Amerika Birləşmiş Ştatları Azərbaycanın Cənubi Qafqazda siyasi və iqtisadi sabitliyi təmin etmə səylərini, beləliklə, dünya siyasi arxitekturasının tamamlanması işinə dəstəyini yüksək qiymətləndirirlər”.
“Azərbaycan Prezidenti İlham Əliyev nəyi, necə və nə vaxt edəcəyini bilən liderdir. Dövlət başçısı perspektivləri görür, hər bir qərarını dəqiq hesablayır və ölkənin milli maraqlarını qətiyyətlə müdafiə edir. Prezident İlham Əliyev bu məqsədə ən çətin yolla, güclü beynəlxalq təzyiqlərə, bəzi dövlətlərin və təşkilatların müqavimətinə baxmayaraq, heç bir güzəştə getmədən çatdı.
2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə yekunlaşdı. Bu, böyük tarixi uğur idi. Ardınca isə həmin qələbənin möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməyə başlandı. Prezident İlham Əliyev beynəlxalq diplomatiyada növbəti dəfə ustad dərsi göstərdi və bu, 44 günlük Vətən müharibəsinin nəticələrini qəbul etməyənlərə, regionda yaranmış yeni reallığı pozmağa çalışanlara bir dərs oldu”, - deyə deputat Aysel Dünyamalıyeva əlavə edib.
Digər xəbərlər