Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Mək...
23:32 01.05.2026
0
0
0
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində keçirilən tədbiri muzeyin direktoru Aləmzər İbrahimova giriş sözü ilə açaraq Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında qonaqlara məlumat verib.
2№ li incəsənət məktəbinin nəzəri fənlər şöbəsinin müdiri Nəcibə Qafarova Üzeyir Hacıbəylinin musiqişünas-alimlik fəaliyyətindən danışıb.
Muzeyin baş elmi işçisi Nərmin Nuriyeva Üzeyir Hacıbəylinin felyetonlarını, bələdçisi Turanə Əkbərova dahi şəxsiyyətlərin Üzeyir bəy haqqında söylədiyi fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin bədii hissəsində Naxçıvan şəhər 2 №-li incəsənət məktəbinin müəllimi Bayramov Səxavətin müşayiətilə məktəbin şagirdləri Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Ərəb marşı"-nı ifa ediblər.
Sonda tədbir iştirakçıları Üzeyir Hacıbəyliyə həsr olunmuş guşə ilə tanış olublar.
Digər xəbərlər