NAXÇIVAN :

03 Iyun 2025, Çərşənbə axşamı

“Uşaqların rəngli dünyası” festivalından rəngli görüntülər

...

Naxçıvan şəhərində yerləşən Əcəmi seyrəngahında Uşaqların Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların Rəngli Dünyası” festivalı 2025-də maraqlı anlar yaşanır. Ətrafda  uşaqların gülüş səsləri, musiqilər, rəngarəng oyun proqramları tədbiri daha da əyləncəli edir.
Bizdə  “Şərq qapısı” komandası olaraq festival çərçivəsində bayram ab-havası ilə həm uşaqların, həm də valideynlərin təəssüratlarını öyrəndik. Elə ilkin olaraq diqqətimizi uşaqlar üçün müxtəlif yaradıcı və maarifləndirici dərnəklərlə fəaliyyət göstərən "Təhsil zonası” çəkir. Yaxından tanış olan zaman görürük ki,  burada STEAM, frontal zəka oyunları,  rəsm, xalçatoxuma, və muncuq işi üzrə stendlər nümayiş olunur.  
14 yaşlı Nicat Babaverdiyev deyir ki, STEAM stendi uşaqlara bilik və yaradıcılıq aləminin qapılarını açır: “Bu gün burada 4 nəfərlə birgə hazırladığımız hexacopter adlı dronu nümayiş etdiririk. Hexacopter bir sıra sahələrdə istifadə olunur. Belə ki, kargo, kənd təsərrüfatında və digər sahələrdə istifadə edirik, 3D printer, CNC lazer, robotexnika, kimi sahələri də buna misal göstərilə bilər. 
Bu gün burada iştirak edərək həm əylənir, həm öyrədir, həm də maarifləndiririk. Əsas məqsədimiz isə uşaqlara örnək olmaqdır və onların özlərini inkişaf etdirməklərində kömək etməkdir. Elə bu bayramda bizə  bu imkanları yaratmaq ən gözəl bayram hədiyyəsidir”.
Festivalın ən rəngarəng hissələrindən biri olan İdman zonasında olduq. Burada balaca gimnastların iştirakı festivala  daha da rəng qatırdı. Elə balaca iştirakçılardan Novruzlu Mədinə deyir ki,  festival çərçivəsində “Sarı gəlin” rəqsini nümayiş etdiririk: “Festival mənim üçün çox maraqlı və sevincli keçir. Burada başqa uşaqların çıxışlarını da izlədim, hamısı çox bacarıqlı idi. Dostlarımla birlikdə oynadıq, şəkil çəkdirdik və şirinliklər yedik. Hər yerdə rəngli bəzəklər, gülərüz insanlar və gözəl musiqilər var idi. Bu gün mənim üçün yaddaqalan olacaq”.

Nəşr edilib : 01.06.2025 11:11