“Azərişıq” rəqəmsal xidmətlərini “mygov” a inteqra...
18:18 14.09.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uşaqların reabilitasiyasına dəstək məqsədilə təşkil olunan ikiaylıq hippoterapiya (atlarla terapiya) məşğələləri yekunlaşıb.
Nazirlikdən "Şərq qapısı"na verilən məlumata görə, Naxçıvan Atçılıq və İstirahət Mərkəzində keçirilən məşğələlərdə Naxçıvan Regional İnformasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətlərindən yararlanan 20-yə yaxın benefisiar iştirak edib. At üzərində hərəkət vasitəsilə uşaqlarda bədən əzələlərinin aktivliyinin artırılmasına, motor bacarıqlarının inkişafına, koordinasiya və tarazlıq qabiliyyətlərinin gücləndirilməsinə dəstək göstərilib.
Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya üsulu autizm spektr pozuntusu, Daun sindromu, serebral iflic, nitq pozuntuları olan uşaqların sosial-psixoloji və fizioterapiya reabilitasiya prosesinə müsbət təsir göstərən üsullardan biri hesab olunur.
Yekunda Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarı Əziz Mərdanlı tərəfindən kətan üzərində yağlı boya ilə çəkilən rəsm əl işi Naxçıvan Atçılıq və İstirahət Mərkəzinə təqdim olunub.
Digər xəbərlər