"Qarabağ" məğlub olub
00:08 29.11.2024
0
0
0
NAXÇIVAN :
29 Noyabr 2024, Cümə
"Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinlərinin “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfərləri davam edir. Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qonaqlarla görüşüb. Görüşdə Komitə sədri Ramilə Seyidova, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə və digərləri ölkəmizdə uşaq hüqularının qorunması istiqamətində həyata keçirilən uğurlu dövlət uşaq siyasətindən bəhs edib, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinlərinin muxtar respublikaya səfərinin uşaqların həyatlarında xoş xatirələrlə və maraqlı məqamlarla yadda qalacağını qeyd ediblər. Vurğulanıb ki, dövlətin və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti nəticəsində, uşaqların təhsili, sağlamlığı və ümumilikdə rifahı ilə bağlı bir çox mühüm təşəbbüslər həyata keçirilir. Belə görüşlər, həm də bu sahədəki uğurların bir təzahürüdür və gələcəkdə daha geniş proqramların həyata keçirilməsinə zəmin yaradır. Bu kimi təşəbbüslər dövlətin və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığının vacibliyini vurğulayan müsbət nümunədir. Görüşdə Kəmalə Ağazadə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsi çərçivəsində muxtar respublikaya səfərlərinin ikinci günündə Vətən müharibəsi şəhidi Sadiqov Emin Rəşadət oğlunun anası-Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova ilə görüş olub.
Ziyarət zamanı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən söz açıb, dövlətimizin şəhid və qazi ailələrinə, müharibə veteranları və əlillərə xüsusi həssaslıqla və qayğı ilə yanaşdığını qeyd edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Komitənin kollektivinin də iştirak etdiyi görüşdə Vətən müharibəsi şəhidi leytenant Emin Sadiqovun anası, sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə böyük səs çoxluğu ilə deputat seçilən Gülşad Rüstəmova şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan və şücaətindən danışıb.
Xatırladaq ki, şəhid leytenant Sadiqov Emin Rəşadət oğlu 21 iyul 1998-ci ildə Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Emin Sadiqov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı oktyabrın 5-də Füzuli istiqamətində döyüşlərə qoşulub və 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. 30 oktyabr 2020-ci ildə doğulduğu kəndin məzarlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirən Emin Sadiqov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə" medalları və “III dərəcəli Rəşadət” ordeni ilə təltif edilib.
Daha sonra Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinlərinin “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfərləri davam edir. Səfər çərçivəsində qonaqlar Kəngərli rayonunun Çalxanqala kəndində Qərbi Azərbaycana aid musiqi və folklor nümunələri ilə tanış olublar. Çalxanqala kənd Uşaq Musiqi Məktəbində keçirilən musiqili tədbirdə uşaqlar əyləniblər. Günün sonunda qonaqlar Naxçıvan teleradiosunda və "Şərq qapısı" qəzetində media nümayəndələrinin fəaliyyətləri ilə tanış olublar.
Digər xəbərlər