NAXÇIVAN :

16 Iyul 2025, Çərşənbə

Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanları başlayır

...

İyunun 17-dən etibarən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I sinfə şagird qəbulu imtahanları başlayır.

"Şərq qapısı" xəbər verir ki, Nazirlikdən bildirilib ki, məktəblərə qəbul üçün ümumilikdə 18 min 665 namizəd qeydiyyatdan keçib. Onlardan 16 min 548 nəfəri musiqi, 1 427 nəfəri rəssamlıq, 690 nəfəri isə xoreoqrafiya istiqamətləri üzrə müraciət edib.

İmtahanlar rayon və şəhərlərdə mərkəzləşdirilmiş formada, aidiyyəti üzrə təşkil olunmuş imtahan mərkəzlərində aparılacaq.

Namizədlərə imtahan tarixi və yeri barədə bildirişlər bu gün ərzində şəxsi kabinet, elektron poçt və SMS vasitəsilə təqdim olunacaq.

Qeyd edək ki, qəbul prosesi Mədəniyyət Nazirliyi tərəfindən şəffaflıq və obyektivlik prinsipləri əsasında rəqəmsal texnologiyaların tətbiqi ilə təşkil olunur.

Nəşr edilib : 13.06.2025 14:56