Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimlər başa çatıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, sentyabrın 30-dan oktyabrın 12-dək “Uşaq müdafiəsi və təhlükəsizliyi” mexanizminin tətbiqi layihəsi çərçivəsində 18 təlim keçirilib. Həmin layihənin tətbiqində məqsəd Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrasının təmin olunması, uşaqların zorakılıqdan müdafiəsi və çətin həyat şəraitində olan uşaqların erkən aşkar edilməsi və müvafiq psixo-sosial dəstəyin göstərilməsidir. UNICEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının məsləhətçisi Elmir Valehli tərəfindən keçirilən təlimlərdə Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərinin direktorları, tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, psixoloqları, uşaq birliyi rəhbərləri, müəllimləri və valideynlər iştirak ediblər. Qrup halında məşqlərin icra edildiyi təlimlərdə maarifləndirici videoçarx və animasiya filmləri nümayiş etdirilib. Ümumilikdə, təlimlərdən 505 nəfər yararlanıb.
Digər xəbərlər